Növbəti “GRE: General Test” imtahanı təşkil ediləcək

Növbəti “GRE: General Test” imtahanı təşkil ediləcək Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) kompüter əsaslı növbəti “GRE: General Test imtahanı” mayın 10-da Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
İmtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
“GRE General Test” imtahanı haqqında ətraflı məlumat Mərkəzin saytında yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər