Rusiya dinc sakinləri hədəf alır: 20 nəfər öldü

Rusiya dinc sakinləri hədəf alır: 20 nəfər öldü Rusiya ordusunun sutka ərzində Donetsk və Luqansk istiqamətində mülki infrastrukturu atəşə tutması nəticəsində 20 dinc sakin həlak olub. Onların arasında azyaşlı da var.
Bu barədə Ukrayna Birləşmiş Əməliyyat Qüvvələri Komandanlığı məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 25 yaşayış məntəqəsi atəşə tutulub və 42 ev, məktəblər, bir ali təhsil ocağı, bir otel və 6 müəssisə zərər görüb.

Tehsil-press.az



Oxşar xəbərlər