Mariupolda 27 gün ərzində 5 minə yaxın sakin həlak olub

Mariupolda 27 gün ərzində 5 minə yaxın sakin həlak olub Rusiyanın Mariupolu mühasirədə saxladığı 27 gün ərzində 5 minə yaxın insan həlak olub, onlardan 210-nu uşaqlardır.
Bu faktları Mariupolun meri Vadim Boyçenko səsləndirib. Onun sözlərinə görə, Rusiya ordusunun atəşləri və bombardmanları nəticəsində 2340 çoxmənzilli yaşayış binası zədələnib, onların 1040-ı dağılıb. Bundan başqa, 3 xəstəxana yararsız hala düşüb, daha 7-si zərər çəkib. Həmçinin zədələnən 57 məktəb və 70 uşaq bağçasından müvafiq olaraq 23-ü və 28-i dağılıb. Özəl sektora və digər infrastruktur obyektlərinə də ciddi ziyan dəyib.
Vadim Boyçenko məlumat verib ki, blokadaya qədər Mariupoldan 140 min nəfər çıxıb, sonradan isə 150 min sakin təxliyə olunub. Hazırda 170 min nəfər mühasirədədir.
Mer qeyd edib ki, bunlar təxmini rəqəmlərdir, döyüşlər ara vermədiyi üçün həlak olanların sayını dəqiqləşdirmək hələlik mümkün deyil.

Tehsil-press.az


Oxşar xəbərlər