Brüsseldə Makronun istefası tələbi ilə aksiya keçirilib

Brüsseldə Makronun istefası tələbi ilə aksiya keçirilib Belçikanın paytaxtı Brüsseldə irqçiliyə və polis zorakılığına qarşı etiraz aksiyası keçirilib.
Avropa Komissiyasının binası qarşısında 150-yə yaxın insan toplaşıb və irqçilik əleyhinə şüarlar səsləndirib.
Aksiya iştirakçıları Belçika və Fransada polis özbaşınalığına, həmçinin yeni təhlükəsizlik haqqında qanuna etirazlarını bildiriblər. Etirazçılar Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.
Polis aksiya ilə bağlı gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib.

Tehsil-press.az

Oxşar xəbərlər