ATMU-nun tələbələri təhsil krediti haqqında məlumatlandırılıb

ATMU-nun tələbələri təhsil krediti haqqında məlumatlandırılıb Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Təhsil Tələbə Krediti Fondu tərəfindən maarifləndirmə tədbiri keçirilib.
ATMU-nun Biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov çıxışında tədbirin əhəmiyyətini qeyd edib.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Tahir Xələfov fondun fəaliyyəti, kreditlərin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri və digər məsələlər barədə məlumat verib.
Fondun hüquqşünası Aysel Həsənova isə verilən kreditlərin iki qrupda yəni sosial həssas tələbələr və standart təhsil tələbə krediti alan tələbələr tərəfindən formalaşdığını bildirib. Vurğulanıb ki, tələbələr aldıqları kreditləri ali təhsil müəssisəsini bitirdikdən sonra 10 il ərzində hissə-hissə fonda qaytarmaq imkanına sahibdirlər.
Çıxış edənlər təhsildə əlçatanlıq, bərabər imkanların yaradılması, keyfiyyətin yüksəldilməsi məqsədilə çox aşağı və sərfəli faizlərlə uzunmüddətli zəmanətsiz və girovsuz, müxtəlif növ kreditlərin verilməsini şərtləndirən maarifləndirici tədbirin ATMU tələbələri üçün faydalı olacağına əminliklərini bildirib, onların suallarını cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər