Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində növbəti təlim təşkil edilib.
Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən təlimin gündəliyinə ali təhsili başa vuran, lakin iş tapmaqda çətinlik çəkən məzunlar üçün təcrübə keçmə imkanlarının təşkili, ictimai fəallıqlarının artırılması, sosial fəaliyyətlərinin inkişaf etdirilməsi, savadlı, bacarıqlı gənclərin üzə çıxarılması və s. daxil idi.
Təlimin moderatorları Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti Günel Gözəlova, fondun Bakı universitetləri üzrə tələbə koordinatoru, Proqram departamentinin əməkdaşı Con Ayomide və Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov olub. Təlimçilər tələbə və hüquqları, tələbə xidmət mövzularına aydınlıq gətirib, iştirakçıların suallarını cavablandırıblar.
Təlim ATMU-nun Karyera və kommunikasiya şöbəsi tərəfindən təşkil olunub.
Tehsil-press.az