Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin tələbələri Həmidə Həmzəzadə və Ayxan Yusifzadə bu tədris ilinin payız semestrində təhsillərini Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində davam etdirəcəklər.
Tələbələr ATMU ilə Yade Tətbiqi Elmlər Universiteti arasındakı mövcud əməkdaşlıq müqaviləsi çərçivəsində bu ali məktəbdə təhsil alacaqlar. Hər iki tələbə təhsil müddətində 3000 avro məbləğində təqaüd alacaq. Təhsil təqaüdü tələbələrin yerləşmə, nəqliyyat və qidalanma xərcləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, ATMU və Yade Tətbiqi Elmlər Universiteti on ildən çoxdur ikitərəfli əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində indiyədək ATMU-nun qırx tələbəsi tərəfdaş universitetdə təhsil alıb. Eyni zamanda hər il ATMU-nun bir qrup tələbəsi Yade Tətbiqi Elmlər Universiteti tərəfindən təşkil edilən yay məktəbinin iştirakçısı olub. Ancaq bu il koronavirus pandemiyası səbəbindən Beynəlxalq Yay Məktəbi təxirə salınıb. ATMU-da ikili diplom proqramının davamlılığını şərtləndirən təhsil müstəvisində Yade Tətbiqi Elmlər Universiteti ilə ikili diplom üzrə tərəfdaşlığın gücləndirilməsi başlıca hədəf seçilib.
Tehsil-press.az