“Əvvəlcə cinayəti, hüquq pozuntusunu törədən səbəbləri aradan qaldırmaq lazımdır. Konkret olaraq hansısa hüquq pozuntusuna qarşı mübarizə heç zaman lazımi effekti verməyəcək, epizodik xarakter daşıyacaq. Eyni cinayəti törədənlərin bir qismi məsuliyyətə cəlb olunacaq, bir qismi yox. Çünki bu məsələ qanundan deyil, subyektiv mülahizələrdən, istəkdən asılı olur. Ona görə də hüquqi dövlət qurmaq lazımdır. Bundan ötrü vaxtilə çox çalışdıq ki, məhkəmə hakimiyyəti müstəqil olsun, vahid istintaq komitəsi yaradılsın. Hər nazirliyin ayrıca istintaq-təhqiqat orqanları olmasın. Bir əldə güclü təşkilat olsun, bu da heç kimə tabe olmayan məhkəmə hakimiyyətinin tərkibində olsun. Onlar hüquq pozuntularını gördükdə özləri buna qarşı mübarizə aparsınlar. Göründüyü kimi, bizdə hədsiz güclü icra hakimiyyətləri var. Ali icra hakimiyyəti müəyyən edir ki, kimlər həddini keçib, kimlər qayda-qanunu pozur və məsuliyyətə cəlb olunmalıdır, kimlərsə yox. Bizim kimi keçid ölkələrində hüquqi məsuliyyətə cəlb etmə yalnız yuxarı dairələrin nəzarəti gücləndirdikdə həyata keçirilir”.
Bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyevin həbs cəzası müddətinin azaldılması barədə danışarkən deyib.
T.Kərimli qeyd edib ki, dövlət orqanlarında pərakəndə istintaq var: “Kimsə məsuliyyətə cəlb edilib, sonradan onun cəzası yüngülləşdirilirsə, narazılıq yaranır. Bu məsələlər kampaniya xatirinə olmamalıdır. Hazırda elə icra başçıları var ki, həbs edilənlərdən dəfələrlə artıq mənimsəyiblər. Sual yaranır ki, nə üçün hamıya eyni yanaşılmır? Ona görə də hüquqi sistem sağlamlaşdırılmalıdır. Vaxt çatıb. Artıq Konstitusiyaya, o cümlədən icra hakimiyyətləri sisteminə dəyişikliklər etmək lazımdır”.
Aytəkin Qardaşova