UNEC-in prorektoru: Azərbaycandakı təhsil islahatlarını və onun nəticələrini tanıtmaq əsas məqsədlərimizdəndir

UNEC-in prorektoru: Azərbaycandakı təhsil islahatlarını və onun nəticələrini tanıtmaq əsas məqsədlərimizdəndir Əskişəhərdə Azərbaycan mədəniyyət və incəsənət günlərinin keçirilməsi mühüm hadisədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən təhsil islahatlarını və onun nəticələrini tanıtmaq əsas məqsədlərimizdəndir. Azərbaycan Dövlət İqtisad Universiteti olaraq bu kimi təbirlərdə iştirak etməkdə hər zaman maraqlı olmuşuq.
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru Gəray Musayev ifadə edib.
Türkiyənin ali təhsil müəssisələri, eləcə də Əskişəhər Osmanqazi Universiteti ilə əməkdaşlığa böyük diqqət göstərdiklərini diqqətə çatdıran prorektor Gəray Musayev deyib ki, beynəlxalq təcrübənin öyrənməsi hər zaman faydalı olub.
Xatırladaq ki, Azərbaycanın Türkiyədəki səfirliyinin, İstanbuldakı baş konsulluğunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Əskişəhər Osmanqazi Universitetinin birgə təşkilatçılığı ilə Əskişəhərdə Azərbaycan mədəniyyət və incəsənət günləri keçirilib.
28 May-Müstəqillik Günü və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə UNEC-in Yaradıcılıq Mərkəzinin rəngarəng çıxışları qardaş ölkədə böyük maraqla qarşılanıb.

Tehsil-press.az


Oxşar xəbərlər