Radio UNEC-in fəaliyyətə başlamasının 5 illiyi qeyd edilib

Radio UNEC-in fəaliyyətə başlamasının 5 illiyi qeyd edilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Radio UNEC-in fəaliyyətə başlamasının 5 illik yubileyi qeyd edilib.
UNEC Yaradıcılıq Mərkəzinin direktoru, Radio UNEC-in rəhbəri Elman Cəfərov radiodakı yeniliklər və layihələr barədə məlumat verib. Bildirib ki, beş il ərzində Radio UNEC təhsil, iqtisadiyyat, sosial, idman, səhiyyə, mədəniyyət və digər sahələrlə bağlı xəbərləri səsləndirməklə yanaşı, tələbə və müəllimlərin bir-birindən maraqlı layihələri ilə efirdə olub. Radio UNEC tələbələrin asudə vaxtının daha səmərəli keçirilməsində, onların yaradıcılıq potensialının üzə çıxmasında və natiqlik bacarıqlarının formalaşmasında müstəsna rol oynayıb. Radio UNEC-in “Biz də tələbə olmuşuq”, “UNEC News”, “Hərflərin izi”, “İqtisadi xəbər”, “Mix”, “Qlobus”, “Texnoman”, “Tibb saatı”, “UNEC müəllimi”, “Təhsilə dair”, “UNEC Rakus”, “UNEC İnklüziv Təhsil”, “UNEC İdman”, EkoUNEC”, “Vizyon+” və digər proqramları universitet kollektivi tərəfindən daim maraqla dinlənilib. Hazırda müəllim və tələbələrin müəllifi olduqları 25 proqram Radio UNEC-də dinləyicilərə təqdim edilir.
Tədbirdə iştirak edən Radio UNEC-in tələbə, müəllim və məzun aparıcıları müəllifi olduqları layihələr barədə danışıblar, eləcə də efirlə bağlı maraqlı xatirələrini paylaşıblar.
Onlayn tədbirdə Radio UNEC-in fəal aparıcıları olan məzunların təbrik videoçarxı nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər