Onlayn seminar: Səhiyyə iqtisadiyyatının tədrisi

Onlayn seminar: Səhiyyə iqtisadiyyatının tədrisi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Səhiyyə iqtisadiyyatının tədrisi: dünya təcrübəsi və Azərbaycan nümunəsi” mövzusunda onlayn seminar keçirilib.
Mərkəzin rəhbəri Sevda Məmmədova seminarın açılışında bildirib ki, səhiyyə ölkə əhalisinin sağlamlığının qorunmasını təmin edən müasir sosial-iqtisadi sistemin ən vacib sahələrindən biridir. Dünya ölkələrində səhiyyə iqtisadiyyatının bir fənn kimi tədris olunması təcrübəsinin mövcudluğuna baxmayaraq, bu məsələ müasir Azərbaycan şəraitində dərin təhlil və müzakirə tələb edir.
UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin tədqiqatçısı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Kulikov təqdimatla çıxış edərək bildirib ki, səhiyyə iqtisadiyyatı təkcə iqtisadi təfəkkürün səhiyyə sisteminə necə nüfuz etdiyini öyrənən bir elm deyil, həm də insanlar üçün vacib olan dəyərləri, insanların səhiyyə sistemindən əldə etdikləri nəticələrə dəyər əlavə etməyin yollarını öyrənir.
Daha sonra mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər