“İnnovativ sahibkarlığın mikro və makro aspektləri” mövzusunda onlayn seminar keçiriləcək

“İnnovativ sahibkarlığın mikro və makro aspektləri” mövzusunda onlayn seminar keçiriləcək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Bilik İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbəri, dosent Altay İsmayılovun moderatorluğu ilə iyunun 3-də “İnnovativ sahibkarlığın mikro və makro aspektləri” mövzusunda onlayn seminar keçiriləcək.
Seminarda Azərbaycan Dövlət İnnovasiyalar Agentliyi İdarə Heyətinin üzvü Fariz Quliyev, Lütfi-Zadə Texnologiya Mərkəzinin rəhbəri İmran Bağırov və Almaniyanın Darmştat Texniki Universitetinin tədqiqatçısı Nail Tahirov məruzələrlə çıxış edəcəklər.
Seminar UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.
Onlayn seminara universitetin saytında yerləşdirilmiş link vasitəsilə qoşulmaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər