İqtisadi artımın stimullaşdırılması: dünya təcrübəsi və Azərbaycan üçün örnəklər

İqtisadi artımın stimullaşdırılması: dünya təcrübəsi və Azərbaycan üçün örnəklər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda növbəti elmi seminar keçirilib.
Seminarda institutun böyük elmi işçisi Salman Nəcəfov “İqtisadi artımın stimullaşdırılması: dünya təcrübəsi və Azərbaycan üçün örnəklər” mövzusunda təqdimatla çıxış edib. S.Nəcəfov məruzəsində makroiqtisadi siyasətdə yanaşmalar və müxtəlif ölkələrin bu sahədə təcrübəsi haqqında danışıb, Azərbaycanın makroiqtisadi siyasətinə dair təkliflər irəli sürüb. O, dünya təcrübəsinə əsaslanaraq, ölkədə monetar siyasətin həyata keçirilməsində ümumi daxili məhsulun boşluğunun nəzərə alınmasınının zəruriliyini vurğulayıb.
Məruzədə ölkədə qeyri-neft sektorunda iqtisadi artım tempinin sürətlənməsi üçün əhalinin likvidliyə üstünlükvermə dərəcəsinin azalmasının zəruriliyi də qeyd olunub. Bildirilib ki, bu hədəfə səhiyyə və təhsil xidmətlərinin əlçatanlığını artırmaqla nail olmaq mümkündür. Bunun üçün təhsil və səhiyyə xərclərinin artırılması, icbari tibbi sığortanın və təhsil kreditləri sisteminin təkmilləşdirilməsi təklif olunub.
Seminarda səslənidirilən təkliflərin əhəmiyyəti vurğulanıb, mövzu ilə bağlı suallar cavablandırılıb.

UNEC-in Mətbuat xidməti


Oxşar xəbərlər