UNEC-də seminar: İqtisadi qərarların verilməsində koqnitiv xətalar və onların davranışda təzahürü

UNEC-də seminar: İqtisadi qərarların verilməsində koqnitiv xətalar və onların davranışda təzahürü Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iyunun 25-də Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbər müavini, ABŞ-ın Auburn Universitetinin aqrobiznes və eksperimental iqtisadiyyat üzrə assistant professoru Samir Hüseynovun təqdimatında “İqtisadi qərarların verilməsində koqnitiv xətalar və onların davranışda təzahürü” mövzusunda onlayn seminar keçiriləcək.
Seminar tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.
Seminar UNEC-in tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Tehsil-press.az


Oxşar xəbərlər