Britaniya vətəndaşları Avropa İttifaqına daxil olan ölkələrə səfər edərkən yeni viza rüsumu ödəyəcəklər

Britaniya vətəndaşları Avropa İttifaqına daxil olan ölkələrə səfər edərkən yeni viza rüsumu ödəyəcəklər Böyük Britaniya vətəndaşları Avropa İttifaqına daxil olan ölkələrə səfər edərkən yeni viza rüsumu ödəyəcəklər.
Britaniyada Brexitdən sonra səyahətlə bağlı qayda dəyişikliklərinin bir hissəsi olaraq, Avropa İttifaqı (Aİ) ölkələrinə səyahət edəcək şəxslər gələn ildən yeni viza rüsumu ödəməli olacaqlar. Bu o deməkdir ki, Böyük Britaniya vətəndaşları Aİ daxil olan 27 ölkəyə səyahət etmək üçün bu rüsumu ödəməlidirlər.
Bu vizalar 90 gündən az davam edən səyahətlər üçün etibarlıdır və təyyarə, qayıq və ya nəqliyyat vasitəsi ilə səyahətləri əhatə edir. Viza üçün müraciət edənlər səyahətdən 96 saat əvvəl müraciət etməli və 5 funt sterlinq ödəməlidirlər. 18 yaşından kiçik və 70 yaşdan yuxarı olanlar viza almağa məcbur deyillər.
Həmçinin viza üçün müraciət edənlərə, pasportu, təhsili, məşğuliyyəti, son səfərləri və cinayət qeydləri ilə bağlı suallar veriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər