ABŞ-da universitetin kampusunda atışma olub

ABŞ-da universitetin kampusunda atışma olub ABŞ-ın Yeni Orlean şəhərində (Luiziana ştatı) yerləşən universitetlərdən birinin kampusunda silahlı insident baş verib.
Bu barədə yerli hüquq-mühafizə orqanlarının "Twitter" səhifəsində məlumat verilib.
Məlumata əsasən, silahlı insident nəticəsindı azı 3 nəfər xəsarət alıb.
"Xavier Universitetinin kampusunda baş verən atışma insidenti araşdırılır . İlkin məlumata görə, güllə yaraları ilə üç zərərçəkən təcili tibbi yardım maşını ilə yerli xəstəxanaya aparılıb", - deyə açıqlamada deyilir.
Qeyd edilir ki, atəş açan şəxs polis əməkdaşları tərəfindən hadisə yerində saxlanılıb.

Tehsil-press.az



Oxşar xəbərlər