Bazar günü axşam saatlarında İsrailin Hadera şəhərində baş verən silahlı insident zamanı iki nəfər həlak olub.
İkisi polis məmuru olmaqla azı on iki nəfər yaralanıb.
Məlumata görə, iki nəfər silahlı şəxs avtobus dayanacağında dayanaraq ətrafdakılara atəş açmağa başlayıb. Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, hücum edənlərin İŞİD-lə əlaqəli ola bilərdilər, onlardan birinin hətta daha əvvəl terror qruplaşmasına qoşulmağa cəhd etdiyinə görə həbs edildiyi bildirilir.
Hücum edənlər təsadüfən ərazidə olan sərhəd polisinin terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Tehsil-press.az