ABŞ-da silahlı insident - 3 ölü, 4 yaralı

ABŞ-da silahlı insident - 3 ölü, 4 yaralı ABŞ-ın Tennesi ştatında silahlı insident baş verib. Bu barədə polis məlumat yayıb.
Məlumata əsasən, hadisə ştatın Neşvill şəhərindəki "Waffle House" kafesi yaxınlığında qeydə alınıb. Naməlum şəxsin açdığı atəş nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Polis bildirir ki, atəş açan şəxs çılpaq olub. Hazırda onun axtarışları davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər