Universitetlərdə dövlət imtahanları ləğv olunacaq? - Açıqlama

Universitetlərdə dövlət imtahanları ləğv olunacaq? - Açıqlama Təhsil Nazirliyi ali təhsil müəssisələrində yekun attestasiya ilə bağlı açıqlama yayıb.
Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilib.
“Bu sənədə əsasən (bənd 7.4) ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Bu sənədin qüvvədə olma müddəti 6 ildir. Lakin yeni sənəd qəbul edilənə qədər qeyd olunan sənəd qüvvədədir.
Belə ki, hazırda da bu sənəd Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasında qüvvədə olan sənəd kimi yerləşdirilib.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili QAYDALARI”nda da (bənd 2.13, 2.15, 2.16) qeyd olunub ki, “2.13. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır”.
Eyni zamanda həmin sənədə əsasən, “2.15. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. 2.16. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”.
Qeyd edək ki, son günlər dövlət imtahanlarının ləğvi ilə bağlı tələblər səsləndirilir.

Tehsil-press.az


Oxşar xəbərlər