Azərbaycan Texniki Universiteti kadrların yenidənhazırlanma təhsili üzrə sənəd qəbulu elan edir

Azərbaycan Texniki Universiteti kadrların yenidənhazırlanma təhsili üzrə sənəd qəbulu elan edir Azərbaycan Texniki Universiteti (AzTU) 2020/2021-ci tədris ilində 23 ixtisas üzrə ödənişli əsaslarla kadrların yenidənhazırlanma təhsili üçün sənəd qəbulu elan edir.
Ali təhsil müəssisələrinin məzunları Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na uyğun olaraq yenidənhazırlanma təhsili ala bilərlər.
Sənədlərin qəbulu sentyabrın 10-dək onlayn formada aparılır.
Maraqlananlar AzTU-nun rəsmi saytında (aztu.edu.az) qeydiyyatdan keçə bilərlər.
Təhsil müddəti 1 ildir.

Tehsil-press.az

Oxşar xəbərlər