Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesinə başlanılıb.
Bu mərhələdə müsabiqə üzrə vakant yer tutmuş namizədlərin sənədlərinin düzgünlüyü yoxlanıldıqdan sonra iş yerinin dəyişdirilməsi təsdiqlənir. Sənədlərin (şəxsiyyəti təsdiq edən sənədin əsli; ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli; əmək kitabçasının əsli; əvvəlki iş yerindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış) yoxlanılması prosesi iyunun 8-dək davam edəcək.
Qeyd edək ki, yerdəyişmə müsabiqəsi zamanı 950 namizəd uğur qazanıb. Həmin namizədlərdən 372-si həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələrdə 3-5 il, 335-i həmin müəssisələrdə 5 il və daha artıq müddətə işləyənlər, 21-i şəhid ailəsi üzvü, 55-i hərbçi ailəsi üzvü olan, 495-i isə həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələrə yerdəyişmə edən namizəddir.
Tehsil-press.az