Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, Ukrayna və Suriyadakı vəziyyətə diqqət yetirməklə müdafiə və təhlükəsizliklə bağlı ikitərəfli və regional məsələləri müzakirə edilib.
Nazirlik bildirib ki, söhbət əsnasında Hulusi Akar Suriyanın şimalında sabitliyi pozmağa yönəlmiş son zamanlar artan fəaliyyətlərə lazımi cavabın veriləcəyi ilə bağlı xəbərdarlıq edib. Nazir bölgədə terrorçuların olmasının yolverilməzliyini də vurğulayıb.
H.Akar daha çox insan tələfatının qarşısının alınması, bölgədə sülh və sabitliyin bərpası, humanitar vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün Ukraynada dərhal atəşkəsin vacibliyini vurğulayıb.
Qlobal ərzaq böhranı riski fonunda taxıl, günəbaxan və digər kənd təsərrüfatı məhsullarının təhlükəsiz daşınması üçün görülə biləcək tədbirlər nəzərdən keçirilib.
Nazir qeyd edib ki, humanitar yardım məsələsində hər cür dəstəyi verməyə çalışan Türkiyə regionda sülh işinə töhfə verməyə hazırdır.
Tehsil-press.az