Türkiyə ilə Yunanıstanın müdafiə nazirləri arasında görüş olub

Türkiyə ilə Yunanıstanın müdafiə nazirləri arasında görüş olub Türkiyənin milli müdafiə naziri Hulusi Akar Brüsseldə keçirilən NATO-nun müdafiə nazirlərinin toplantısı çərçivəsində Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos ilə görüşüb.
Görüş NATO-nun qərargahında baş tutub. İkitərəfli görüş zamanı hər iki nazir ölkələrinin NATO-ya üzv olmasının 70 illiyi münasibətilə qarşılıqlı təbriklərini çatdırıblar.
Səfər çərçivəsində Hulusi Akarın Böyük Britaniyanın, Latviyanın, Rumıniyanın və Şimali Makedoniyanın müdafiə nazirləri ilə də görüşləri olub.
Bu görüşlər zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesinə aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər