Rusiya və Tükiyə müdafiə nazirləri Suriyanı müzakirə ediblər

Rusiya və Tükiyə müdafiə nazirləri Suriyanı müzakirə ediblər Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla görüşüb.
Moskvada keçirilmiş görüş zamanı regional təhlükəsizlik, Suriyadakı vəziyyət və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd olunur ki, danışıqlar əsasən Suriyada humanitar vəziyyətin nizamlanması, o cümlədən qaçqınların qayıtması ilə bağlı məsələlərə həsr olunub.
Bundan başqa, Rusiya və Türkiyə müdafiə qurumlarının qarşılıqlı fəaliyyəti də müzakirə mövzusu olub.

Tehsil-press.az

Oxşar xəbərlər