Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, danışıq zamanı Rusiya ilə Ukrayna arasındakı böhran müzakirə olunub. Nazir Akar humanitar vəziyyətin yaxşılaşdırılması, bölgədə sülh və sabitliyin bərpası üçün dərhal atəşkəsin vacibliyini qeyd edib. Başda Mariupol şəhəri olmaqla, dinc əhalinin quru və dəniz yolu vasitəsilə təhlükəsiz şəkildə təxliyəsinin vacibliyi vurğulanıb.
Hulusi Akar humanitar yardımların göstərilməsinə hər cür dəstək verməyə çalışan Türkiyənin daha əvvəl də olduğu kimi, bölgədə sülhün təmin olunması üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə davam edəcəyini bildirib.
Tehsil-press.az