Dünya bazarında xam neftin qiymətinin yüksəlməsi fonunda Çində yanacağın topdan və pərakəndə satış qiymətləri bahalaşıb.
İyunun 15-dən etibarən benzin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 390 yuan (57,8 ABŞ dolları) və 375 yuan (55,57 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərinə yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması tapşırılıb. Bu, Çində cari ildə yanacağın 11-ci qiymət artımıdır. Çin ABŞ-dan sonra dünyada ikinci ən böyük yanacaq istehlakçısıdır.
Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.
Tehsil-press.az