Azərbaycan Dillər Universitetinin kollektivi Şuşaya səfər edib

Azərbaycan Dillər Universitetinin kollektivi Şuşaya səfər edib Azərbaycan Dillər Universitetinin (ADU) kollektivi Şuşaya səfər edib.
Səfərdə ADU-nun prorektorları, dekanlar, professor-müəllim heyəti və inzibati heyətin bir qrupu iştirak edib.
Səfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın işğaldan azad etdiyi Şuşanı görmək, şəhərin tarixi-mədəni irsi, işğal dövründə məruz qaldığı dağıntılar, aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olmaq məqsədi daşıyıb.
ADU-nun kollektivi Cıdır düzünü, Vaqif məqbərəsini, Qala divarlarını, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, ermənilər tərəfindən dağıdılmış digər mədəniyyət abidələrini ziyarət ediblər.
Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların unudulmaz xatirəsini yad edib, onların ruhuna dualar oxuyub, qazilərimizə şəfa arzulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər