AzMİU-nun kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib

AzMİU-nun kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorluğu, fakültə dekanları, kafedra müdirləri, ictimai və tələbə təşkilatlarının nümayəndələri, tələbələr II Fəxri xiyabanda olublar.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirələri dərin ehtiramla yad olunub.
Universitet kollektivi Vətən müharibəsində şəhid olan tələbə və məzunlarının da məzarlarını ziyarət edib, üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüb, ruhlarına dualar oxuyub.

Tehsil-press.az


Oxşar xəbərlər