Bakı Dövlət Universitetində tədbir: Mədəniyyət paytaxtı – Şuşa

Bakı Dövlət Universitetində tədbir: Mədəniyyət paytaxtı – Şuşa Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Sosial elmlər və psixologiya fakültəsində “Mədəniyyət paytaxtı - Şuşa” adlı tədbir keçirilib.
Tədbirdə THİK-nin fakültə üzrə sədri Rza Bağırov çıxış edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasəti, şanlı Ordumuzun gücü, qüdrəti sayəsində Vətən müharibəsində Böyük Zəfər qazandığımızı, torpaqlarımızın azad edildiyini vurğulayıb.
Şuşanın təbii gözəlliklərindən danışan R.Bağırov işğaldan azad edilmiş bu şəhərin dünyanın ən füsunkar məkanlarından birinə çevriləcəyini qeyd edib.
Fakültənin II kurs tələbəsi Leyla Rəcəbzadə və I kurs tələbəsi Tənzilə Abbaslı Şuşanın Azərbaycanın tarixi-mədəni və ictimai-siyasi həyatında rolundan bəhs edib, şəhərin muğam beşiyi olduğunu söyləyiblər.
Tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəyli, görkəmli sənətkar Bülbül, şairə Xurşidbanu Natəvan, böyük şair Molla Pənah Vaqif haqqında tələbələrin çıxışları dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər