Ukraynada rus dilində kitablar və musiqilər qadağan edildi

Ukraynada rus dilində kitablar və musiqilər qadağan edildi Ukrayna Ali Radası Ukrayna mediasında və ictimai məkanda rus və belarus kitablarının, musiqilərinin yayılmasını, istifadəsini qadağan edib.
Bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün teleqram kanalında məlumat verib.
“Parlament Rusiya Federasiyasından, onun müvəqqəti işğal etdiyi Ukrayna və Belarus ərazilərindən kitab və digər nəşriyyat məhsullarının idxalını və yayılmasını qadağan edib”, - deputat qeyd edib.
O, həmçinin bildirib ki, Ali Rada Ukrayna KİV-də və ictimai yerlərdə Rusiya musiqisinin səsləndirilməsini də qadağan edib.
Qeyd edək ki, Rusiya və Belarus musiqisindən istifadəni qadağan edən qanun layihəsi 20 aprel 2022-ci ildə Ali Radaya təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər