Ukrayna Ali Radasının 27 deputatı və 34 əməkdaşı koronavirusa yoluxub

Ukrayna Ali Radasının 27 deputatı və 34 əməkdaşı koronavirusa yoluxub Ukrayna Ali Radasının 27 deputatı və Rada Aparatının 34 əməkdaşı koronavirusa yoluxub.
Bu barədə Ali Radanın sədr müavini Yelena Kondratyuk məlumat verib.
Koronavirusa yoluxanlar arasında Ali Radanın sədri Dmitriy Razumkov və onun birinci müavini Ruslan Stefançuk da var.
Qeyd edək ki, Ukraynada koronavirusa sutkalıq yoluxma 11-15 min arası dəyişir.

Tehsil-press.az

Oxşar xəbərlər