“Rusiya qeyri-qanuni olaraq 1500 ukraynalı mülki şəxsi həbsxanada saxlasa da, yalnız 120 mülki vətəndaşı saxladığını deyir”.
Bu barədə brifinqdə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.
Onun sözlərinə görə, Cenevrə Konvensiyalarına əsasən əsir götürülmüş hərbi qulluqçular dəyişdirilə bilər, lakin konvensiyaların müddəaları mülki əhaliyə şamil edilmir. Müvafiq olaraq, əsir götürülmüş mülki əhalinin geri qaytarılması mexanizmi yoxdur.
"Bu gün Rusiya həbsxanalarında 1,5 mindən çox mülki vətəndaşımız var. Onlar Rostovda, Kurskdadırlar, həbsdədirlər və hərbi əsir kimi oturublar, baxmayaraq ki, əsir olmamalıdırlar. Rusiya tərəfindən oğurlanmış ukraynalı mülki şəxslər arasında artıq 70-80, bəziləri isə 100 gündən çox əsirlikdə olan könüllülər, fəallar, jurnalistlər, keşişlər, yerli şuraların deputatları və ağsaqqallar var. 120 nəfər Rusiya tərəfindən əsirlikdə olan mülki şəxs kimi tanınıb. Onların arasında bir nəfər də olsun qadın göstərilmir. Halbuki bizim əsirlikdə olan yüzlərlə qadınımız var”, - Vereşçuk bildirib.
Onun sözlərinə görə, əsirlərin mübadiləsi zamanı cəmi 103 mülki şəxs geri qaytarılıb. Vereşçuk, həmçinin, bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, 1 milyon 200 min nəfər mülki şəxs Rusiyaya deportasiya olunub. Onların arasında 240 min uşaq da var.
“Reyestrə əsasən, qanunsuz olaraq Rusiya Federasiyasına aparılıb orada saxlanılan 2161 yetim uşaq var”, - Vereşçuk qeyd edib.
Tehsil-press.az