ABŞ mülki vətəndaşları bombaladı, sonra üzr istədi

ABŞ mülki vətəndaşları bombaladı, sonra üzr istədi ABŞ Əfqanıstanda mülki vətəndaşları bombalayıb.
Əfqanıstanın Qunduz vilayətində keçirilən hava əməliyyatı zamanı aralarında uşaqların da olduğu 13 mülki insan həyatını itirib. Çoxsaylı yaralılar var.
Pentaqon isə hava hücumunun Kabil hökumətinə dəstək məqsədi daşıdığını və mülki vətəndaşların səhvən vurulduğunu açıqlayıb, buna görə üzr istədiklərini bildirib.
BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) da 13 mülki şəxsin həyatını itirdiyini təsdiqləyib.

Asif

Oxşar xəbərlər