Rusiya Türkiyənin Suriya əməliyyatının ləğvinə çalışır

Rusiya Türkiyənin Suriya əməliyyatının ləğvinə çalışır “Rusiya Türkiyənin Suriyanın şimalında həyata keçirəcəyi əməliyyatdan imtina etməsinə çalışmağa davam edəcək”.
Bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
“Türkiyə ilə işləməyə davam edirik. Ümid edirik ki, siyasi-diplomatik yolla razılıq əldə olunacaq”, - deyə Boqdanov söyləyib.
Qeyd edək ki, Türkiyə mediası iyunun 20-si ölkənin Suriyanın şimalında həyata keçirəcəyi hərbi əməliyyatın bütün hazırlığını başa çatdırdığını yazıb.

Tehsil-press.az


Oxşar xəbərlər