BDU “QS World University Rankings” beynəlxalq reytinqində

BDU “QS World University Rankings” beynəlxalq reytinqində “QS World University Rankings” beynəlxalq reytinq agentliyi 2023-cü il üçün dünya universitetlərinin növbəti reytinq siyahısını açıqlayıb. 2011-ci ildən başlayaraq dünya universitetlərinin reytinqi siyahısına daxil olan Bakı Dövlət Universiteti (BDU) bu il də siyahıya daxil edilərək, 1001-1200-cü yerdə qərarlaşıb.
Öz strategiyasında təhsil və elmi tədqiqatların sıx inteqrasiyasını, o cümlədən tələbələrin tədris praktikasının birbaşa olaraq tədqiqatla əlaqələndirilməsini əsas götürən BDU reytinq siyahısında akademik nüfuz, fakültə/tələbə nisbəti və beynəlxalq tələbə nisbəti göstəriciləri üzrə irəliləyib. BDU məşğulluq nəticələrinə görə reytinq siyahısında 486-cı yerdə qərarlaşıb.
QS beynəlxalq reytinqində dünya universitetləri 6 göstərici – akademik nüfuz (academic reputation (40 faiz)), işəgötürənlər nüfuzu (employer reputation (10 faiz), fakültə/tələbə nisbəti (faculty/student ratio (20 faiz), fakültə üzrə istinadlar (citations per faculty (20 faiz), beynəlxalq fakültə nisbəti (international faculty ratio (5 faiz) və beynəlxalq tələbə nisbəti (international student ratio (5 faiz) əsasında müqayisə edilir.

Tehsil-press.az


Oxşar xəbərlər