BDU-da Rumıniya universitetləri ilə əməkdaşlıq imkanları müzakirə olunub

BDU-da Rumıniya universitetləri ilə əməkdaşlıq imkanları müzakirə olunub Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin (BSUN – Black Sea Universities Network) İdarə Heyətinin sədri, Rumıniyanın Ovidus Universitetinin Nanotexnologiya və Alternativ Enerji Mənbələri İnstitutunun direktoru, IX Qlobal Bakı Forumunun iştirakçısı, professor Eden Mamutla görüş keçirilib. Görüşə onlayn formada Buxarest Universitetinin Nanoelmlər – Alternativ Enerji Mənbələri Tədqiqat Mərkəzinin rəhbəri, professor İoan Stamatin də qatılıb.
Görüşdə professor Eden Mamut Azərbaycan-Rumıniya universitetləri arasındakı əlaqələrin yaranma tarixindən danışıb, daha sonra iştirakçıları hazırda fəaliyyət göstərdiyi institutun elmi istiqamətləri, perspektivləri ilə yaxından tanış edib.
Eyni zamanda, Rumıniya və Azərbaycan universitetləri arasında ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub. Beynəlxalq elmi tədqiqat və təhsil proqramları çərçivəsində əməkdaşlığın mümkün istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər