Bakı Dövlət Universitetinin (BDU) alimləri və gənc tədqiqatçıları Rumıniyanın Ovidus Universitetinin Nanotexnologiyalar və Alternativ Enerji Mənbələri İnstitutunun təşkilatçılığı ilə keçirilən “Qabaqcıl enerji sistemləri üçün nanomateriallar və nanotexnologiyalar”- “IEEE NTC 2021” Nanotexnologiyalar üzrə onlayn beynəlxalq tədbirdə iştirak ediblər.
Tədbirə Avropanın və Amerikanın universitet və institutlarından nanotexnologiyalar üzrə bir çox tanınmış mütəxəssislər və gənc tədqiqatçılar qatılıblar. “IEEE NTC 2021” Nanotexnologiyalar üzrə beynəlxalq tədbirin işi zamanı Rumıniyanın Ovidus Universitetinin Nanotexnologiyalar və Alternativ Enerji Mənbələri İnstitutunun direktoru professor Mamut Eden, Rumıniyanın Buxarest Universitetinin 3NanoSAE Mərkəzinin direktoru professor İoan Stamatin, Rumıniyanın Lazer, Plazma və Radiasiya Fizikası üzrə Milli İnstitutunun PhD alimi Bogdana MITU, İtaliyanın SS-CS Licryl-CNR-NANOTEC Nanotexnologiyalar İnstitutunun direktoru professor Michele Giocondo, İtaliyanın Kalabriya Universitetinin professoru Roberto Termine, İtaliyanın Kalabriya Universitetinin PhD alimi Antonio Ferraro, İtaliyanın Kalabriya Universitetinin PhD alimi Tiziana Ritacco, ABŞ-ın Renssealer Politexniki Universitetinin professoru Diana-Andra Borca-Tasciuc, Bakı Dövlət Universitetinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dosenti Flora Hacıyeva tədbir iştirakçılarına Nanotexnologiyanın müxtəlif sahələri üzrə mühazirələr oxuyub və laborator praktik məşğələlər nümayiş etdiriblər. Beynəlxalq tədbirin sonunda Bakı Dövlət Universitetinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dosenti Flora Hacıyeva “Polimer nanokompozitlərin tətbiqləri” adlı mühazirəsinə görə “Ən yaxşı Mühazirə” sertifikatına layiq görülüb. Həmçinin “IEEE NTC 2021” Nanotexnologiyalar üzrə beynəlxalq tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi: fizika üzrə fəlsəfə doktoru Həbibə Şirinova, doktorantları Aygül Novruzova, Güllər Məhərrəmova, magistrləri Sevinc Məmmədova, Kənan Həsənov, Nərgiz Qurbanlı, Nanoaraşdırmalar Mərkəzinin elmi işçiləri fizika üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva və kimya üzrə fəlsəfə doktoru Aynurə Kərimova beynəlxalq sertifikata layiq görülüblər.
Tehsil-press.az