Ermənistan parlamentinin deputatları Türkiyənin İstanbul şəhərinə səfər ediblər.
Ölkə parlamentinin sədri Alen Simonyan nümayəndə heyətinin İstanbula getməsi ilə bağlı sərəncam imzalayıb.
Ermənistan deputatları İstanbulda keçirilən və iyunun 22-dək davam edəcək Qlobal Parlament Konfransına qatılıblar.
Parlament nümayəndə heyətinin tərkibində hakim “Mülki müqavilə” partiyasının deputatları Hasmik Hakopyan və Tsovinar Vardanyan təmsil olunurlar.
Qeyd edək ki, bu, Ermənistan parlamentinin Türkiyə Respublikasına gedən ilk nümayəndə heyətidir.
Tehsil-press.az