Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi ilə Ermənistanın Türkiyə üzrə nümayəndəsi arasında ilk görüşün 2022-ci ilin yanvarında baş tutması gözlənilir.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Nazir Mövlud Çavuşoğlu bir neçə gün əvvəl bildirmişdi ki, Ermənistanın arzusu ilə bu görüşün Moskvada keçiriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə tərəfi təcrübəli diplomat səfir Sərdar Kılıçı Ermənistan üzrə xüsusi nümayəndə təyin edib. Qarşı tərəfin Türkiyə üzrə təyin etdiyi xüsusi nümayəndə isə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyandır.
Tehsil-press.az