Ombudsman 30 minə təyyarə icarəyə götürüb? - Rəsmi açıqlama

Ombudsman 30 minə təyyarə icarəyə götürüb? - Rəsmi açıqlama Bəzi kütləvi informasiya vasitələrində Ombudsmanın 30 min manata təyyarə icarəyə götürməsi ilə bağlı iddialar yayılıb. Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkil təyyarəni 23-31 may tarixləri arasında icarəyə götürüb və hava gəmisi Bakı-Füzuli-Bakı istiqamətində səfər edib.
Ombudsman aparatı məsələ barədə açıqlama yayıb.
Bildirilib ki, bu iddialar həqiqəti əks etdirmir:
“Yayılmış iddialarla əlaqədar bildirmək istərdik ki, qeyd olunan məlumat həqiqəti əks etdirmir və ölkəmizdə insan hüquqları sahəsində aparılan islahatları, həmçinin Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri hər zaman dünya ictimaiyyətinə çatdıran Müvəkkilin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır.
Kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət edərək, bu cür qərəzli və əsassız məlumatların yayımlanmasından çəkinməyi tövsiyə edirik. Yekunda bildirmək istərdik ki, Azərbaycan Ombudsmanı bundan sonra da üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməyə davam edəcək”.

Tehsil-press.az


Oxşar xəbərlər