Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İtaliyada rəsmi səfərdədir.
Səfər çərçivəsində Ombudsman İtaliya Parlamentinin, İtaliya Senatında İnsan Hüquqlarının Müdafiəsi və Təşviqi Komissiyasının üzvləri, o cümlədən insan hüquqları sahəsində fəaliyyət göstərən digər aidiyyəti təşkilatların nümayəndələri ilə görüşlər keçirəcəkdir. Görüşlərdə uzun illər boyu Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri, işğalın nəticələri barədə geniş məlumat veriləcək.
Bu gün İtaliya İnsan Hüquqları Federasiyası tərəfindən təşkil edilmiş görüş çərçivəsində Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət, təsisatda yeni yaradılmış struktur vahidləri, eyni zamanda soydaşlarımızın pozulmuş hüquqlarının bərpası istiqamətində həyata keçirilmiş işlər barədə ətraflı məlumat verib.
İtaliya İnsan Hüquqları Federasiyasının prezidenti Antonio Stanqo, Roma Sapienza Universitetinin dosenti Daniel Pommier və kütləvi informasiya nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən S. Əliyeva Azərbaycanla İtaliya arasındakı tarixi dostluq və əməkdaşlıq əlaqələri barədə danışıb. Ölkəmizdə mövcud olan multikulturalizm ənənələrindən söz açan Ombudsman çıxışında qeyd edib ki, ölkəmizdə digər dinlərə məxsus abidələr qorunub saxlanılır, həmçinin Azərbaycan Vatikanda bir çox abidələrin bərpasını həyata keçirmişdir.
Ombudsman tədbirdə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən insan hüquqları və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına dair geniş təqdimatla çıxış edib. Təqdimatda tarix boyu Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş faciələr, ərazilərimizin işğalı, beynəlxalq təşkilatların müvafiq çağırışlarına məhəl qoyulmaması kimi faktlara dair məlumatlara yer verilib. Təqdimat zamanı iştirakçılar Ermənistan tərəfindən həyata keçirilən ekoloji terror siyasəti, postmüharibə dövründə mina təhlükəsinin səbəb olduğu insan itkiləri, habelə bu insan hüquq pozuntularının araşdırılması ilə bağlı Azərbaycan Ombudsmanı və beynəlxalq nümayəndə heyətlərinin həyata keçirdiyi faktaraşdırıcı missiyalar barədə də məlumatlandırılıb.
Görüşdə Ombudsman iştirakçıların çoxsaylı suallarını cavablandırıb və faktaraşdırıcı missiya hesabatlarının nüsxələrini Federasiyanın üzvlərinə təqdim edib.
Tehsil-press.az