Neft və Sənaye Universitetində “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri

Neft və Sənaye Universitetində “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Tələbələrin iştirak etdikləri tədbirdə ADNSU-nun prorektoru dosent Ata Babayev insan hüquqlarının müdafiəsinin təbliği, cəmiyyətdə hüquqi düşüncənin və hüquq mədəniyyətinin inkişafı baxımından tədbirin əhəmiyyətindən danışıb.
Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasında, digər qanunvericilik aktlarında gənclərin təsbit olunmuş hüquqları və qanuni mənafelərinin qorunması ilə bağlı mühüm müddəalar, onların təmin olunması istiqamətində dövlət səviyyəsində görülmüş işlər, o cümlədən ombudsmanın insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər