Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir.
Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.
Müvafiq ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.
Sənədlərin qəbulu avqustun 1-dək aparılır.
Namizədlər ətraflı məlumat üçün [email protected] ünvanına yaza bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər