Makron: “Ukraynalılar bizim dəyərlərimiz uğrunda döyüşürlər”

Makron: “Ukraynalılar bizim dəyərlərimiz uğrunda döyüşürlər” Avropa İttifaqının (Aİ) Ukrayna Moldova və Gürcüstana Avropa perspektivi təklif etməsi hazırkı geosiyasi kontekstdə Rusiyaya güclü siqnaldır.
Bunu Fransa Prezidenti Emmanuel Makron Aİ Şurasının Prezidenti Şarı Mişel və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə birgə mətbuat konfransında deyib.
“Biz bunu Ukrayna xalqına borcluyuq. Onlar bizim dəyərlərimiz, öz suverenlikləri və ərazi bütövlükləri uğrunda döyüşürlər”, - deyə Makron bildirib.
Fransa Prezidenti əlavə edib ki, hər üç ölkə üzvlük yolunda uzun yol qət etməli olacaq.
Makron Avropa Komissiyasının müəyyənləşdirdiyi prioritetləri yerinə yetirdikdən sonra Gürcüstanın da namizəd statusu ala biləcəyini deyib.

Tehsil-press.az


Oxşar xəbərlər