ABŞ-ın dövlət katibi Yaponiyanın Baş nazirinə başsağlığı verib

ABŞ-ın dövlət katibi Yaponiyanın Baş nazirinə başsağlığı verib ABŞ-ın dövlət katibi Entoni Blinken iyulun 11-də Tokioya səfəri zamanı Yaponiyanın Baş naziri Fumio Kişidaya sabiq Baş nazir Şinzo Abenin qətli ilə bağlı başsağlığı verib.
Bundan əvvəl ABŞ-ın Tokiodakı səfirliyinə gələn E.Blinken burada diplomatlarla birlikdə Ş.Abenin xatirəsini bir dəqiqəlik sükutla anıb.
“Biz də bu itkinin ağrılarını yaşayırıq. Cənab Şinzo Abe ABŞ ilə Yaponiyanın münasibətlərini yeni səviyyəyə qaldıran lider idi”,-deyə dövlət katibi Baş nazirin iqamətgahında jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, sabiq Baş nazir Şinzo Abeyə iyulun 8-də Nara şəhərində onun küçə mitinqində seçicilər qarşısında çıxışı zamanı sui-qəsd edilib. Nara şəhər sakini 41 yaşlı Tetsuya Yamaqami ona odlu silahdan iki atəş açıb. Xilasetmə xidmətinin helikopteri ilə xəstəxanaya çatdırılan Ş.Abenin həyatını xilas etmək mümkün olmayıb.

Tehsil-press.az




Oxşar xəbərlər