Şimali Koreya Yaponiya tərəfinə döyüş raketi atıb. Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihidze Suqa Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, oktyabrın 2-də səhər saatlarında Vonsan yaxınlığındakı sualtı qayıqdan iki ballistik raket buraxılıb ki, bunlardan biri Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb.
Qeyd olunur ki, bununla bağlı Yaponiyada ciddi təhlükə qeydə alınmayıb. Eləcə də, balıqçı gəmilərinə ziyan dəyməsi barədə məlumat yoxdur.
Hadisədən sonra Yaponiya Təhlükəsizlik Şurasının iclası keçirilib. Baş Nazir Şinzo Abenin, Xarici işlər naziri Toşimitsu Moteqinin və Müdafiə naziri Taro Kononun qatıldığı iclasda Yaponiyanın yeni hücumda atacağı addımlar müzakirə edilib.
Tehsil-press.az