Lətif Zeynallıya dövlət qurumunda vəzifə verildi

Lətif Zeynallıya dövlət qurumunda vəzifə verildi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yeni təyinat olub.

Lətif Zeynallı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, bu vəzifəsinə qədər, 2024-cü ilin oktyabr ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi olaraq çalışıb. Bundan başqa, 2013-2024-cü illərdə "Xalq Sığorta” ASC-nin "Satış”, "Əməliyyat və Təkrarsığorta” və "Biznesin inkişafı” idarələrində müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan, ingilis və türk dillərini bilir.

Tehsil-press.az

Oxşar xəbərlər