Farer Adaları sərt etirazlardan sonra delfin ovuna məhdudiyyət tətbiq edib

Farer Adaları sərt etirazlardan sonra delfin ovuna məhdudiyyət tətbiq edib Farer Adaları keçən il 1400-dən çox dəniz heyvanının öldürülməsindən sonra başlayan sərt etirazlarla əlaqədar delfin ovunu müvəqqəti olaraq 500 heyvanla məhdudlaşdırıb.
Hökumətin bəyanatında kvotanın sentyabrda 1423 delfinin tutulmasından sonra müəyyən edildiyi bildirilib. Delfinlərin öldürülməsinin təəssüflə vurğulandığı bəyanatda, həmçinin qeyd edilib ki, bu ov Farer Adaları əhalisinin qidalanmasında mühüm rol oynayır.
Şimali Atlantikada - İslandiya ilə Norveç arasında yerləşən Farer Adaları 18 kiçik adadan ibarətdir. Balina, delfin, digər dəniz məməlilərinin əti və yağı ölkənin 50 min nəfərlik əhalisinin qış aylarında əsas qida mənbəyidir. Dəniz məməlilərinin “Qrindadrap” adlandırılan ovlanması ənənəsi adada yüz illərdir davam edir. Yerli əhalinin bir qismi delfinlərin əsrlər boyu onları bəslədiyini iddia edərək bu ovu dəstəkləyir. Lakin heyvan haqları müdafiəçiləri uzun müddətdir bu ənənəyə qarşı ciddi mübarizə aparır, onu qəddar və lazımsız hesab edirlər.
Ötən il bir gündə 1400-dən çox delfinin öldürülməsi ölkədə ciddi narazılıq və etirazlara səbəb olub. Ənənəvi ovun qadağan olunmasını tələb edən etirazçılar təxminən 1,3 milyon nəfərin imzaladığı petisiyanı hökumətə təqdim ediblər. Bundan sonra hökumət delfin ovunun ildə 500 heyvanadək məhdudlaşdırılması ilə bağlı qərar qəbul etməyə məcbur olub.

Tehsil-press.az


Oxşar xəbərlər