Dünyanın ən yaşlı delfini öldü

Dünyanın ən yaşlı delfini öldü Almaniyanın Nürnberq şəhərinin zooparkında dünyanın ən yaşlı delfini ölüb. Mobi adlı delfin 58 yaşında ölüb.
Qeyd olunur ki, Mobi 10 yaşından etibarən, 48 il Nürnberq zooparkında yaşayıb.
Mütəxəssislər bildirir ki, bu delfin 50 yaşınadək sürünün rəhbəri olub. Daha sonra gənc delfinlə mübarizədə məğlub olan Mobi başçılıqdan kənarlaşıb.
Onun Avropanın müxtəlif zooparklarında 13 balasının olduğu deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər