Qətərə 5 şərt qoyuldu

Qətərə 5 şərt qoyuldu Məlum olduğu kimi Konor adaları, Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya, Maldiv adaları, Mavriki və Mavritaniya terrorizmə dəstək verdiyi iddiası ilə Qətərlə əlaqələrini kəsdiklərini elan ediblər.
Təhsil-press.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə ölkə tərəflər arasında münasibətlərin normallaşması üçün vasitəçi ola biləcəyini açıqlayıb.
Həmçinin, müxtəlif dairələrdən Səudiyyə Ərəbistanı və dəstəkçilərinə təzyiqlər edilməyə başlanılıb.
Məlumata görə, boykotçu ölkələr Qətərə 5 şərt qoyublar:
- Terror təşkilatı olaraq qəbul edilən “Müsəlman qardaşlar”, İŞİD və “Əl-Qaidə”yə maddi dəstək dayandırılmalıdır;
- Yəməndə hökumətə qarşı savaşan şiə Husilərə maliyyə yardımı kəsilməlidir;
- Qətər İranın regionda təsirini gücləndirmək cəhdlərinə qarşı çıxmalı və bu ölkəni dəstəkləyən mövqeyindən əl çəkməlidir;
- Mərkəzi Qətərdə yerləşən və beynəlxalq yayım edən Əl Cəzirə kanalının xəbər siyasəti dəyişdirilməlidir;
- Körfəz Əməkdaşlıq Şurası tərəfindən əldə edilən razılaşmalara əməl edilməlidir;

Təhsil-press.az

Oxşar xəbərlər